15 yaşlı yeniyetmə intihar etdi - Son sözlərini məktubda yazıb

15 yaşlı yeniyetmə intihar etdi - Son sözlərini məktubda yazıb

Bu gün səhər saatlarında Bakının Suraxanı rayonunda 15 yaşlı yeniyetmə oğlan intihar edib.

BAKU.WS xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Sadıqlı Nail yaşadıqları evdə özünü asıb. Onun intihardan əvvəl valideynləri üçün məktub yazdığı bildirilib.

Qeyd edək ki, Sadıqlı Nail ailənin ikinci övladıdır. Onun özündən böyük bacısı var. Ailəsində problem yoxdur.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

Ziya SƏCCAD

BAKU.WS

Mənbə: baku.ws