DİN əməkdaşları narkotik satan şəxsi saxlayıblar

DİN əməkdaşları narkotik satan şəxsi saxlayıblar

DİN əməkdaşları narkotik satan şəxsi saxlayıblar

Press.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonu ərazisində
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Quliyevdən 21 qramdan artıq heroin götürülüb.

Keçirilmiş daha bir tədbir nəticəsində ona narkotik vasitəni satan Ş.Babayev saxlanılıb.

Axtarış zamanı ondan 107 qramdan artıq heroin, 101 qramdan artıq marixuana, 39 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: press.az