Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlfinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Mənbə: report.az