Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Minik avtomobili idarəetməni itirərək yol kənarında dayanan və 1978-ci il təvəllüdlü Səfərov Elmar Abuzər oğluna məxsus nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə E.Səfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Looking Glass 8K holoqrafik ekran hazırladı

SONRAKI XƏBƏR

Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb