Avtomobillə motosiklet toqquşdu, sürücü havaya uçdu - QORXUNC... + VİDEO

Avtomobillə motosiklet toqquşdu, sürücü havaya uçdu - QORXUNC... + VİDEO

Türkiyənin Dənizli vilayətində avtomobillə motosiklet toqquşması nəticəsində motosiklet sürücüsü metrlərlə havaya qalxdıqdan sonra yerə düşüb. Baş verən qəzadan sonra sözügedən sürücü xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, nəzarətsiz qovşaqda yolu keçməyə çalışan qadın sürücünün avtomobili motosikletlə toqquşub. Toqquşmanın təsiri altında motosiklet sürücüsü havaya qalxaraq yerə yıxılıb.

Qəzanı görən vətəndaşlar sürücünün köməyinə qaçaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıb. Qəza zamanı xəfif yaralanan motosiklet sürücüsü müalicə olunduqdan sonra evə buraxılıb.

Kamran

Mənbə: moderator.az