İstintaq FHN əməkdaşının namus üstündə qətlə yetirilməsi iddiasını ifşa etdi - FOTO

İstintaq FHN əməkdaşının namus üstündə qətlə yetirilməsi iddiasını ifşa etdi  - FOTO

Mayın 8-də Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilmişdi. Hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş vermişdi.

Həmin vaxt bildirilirdi ki, naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Qətli törədən şəxs polisə könüllü təslim olduğu və hadisəni namus üstə törətdiyi də yayılan xəbərlər sırasında idi.

Qətlə yetirilən Emil Kərimovun ailəsindənsə Moderator.az-a verilən məlumatda iddia olunurdu ki, hadisə heç də namus üstündə törədilməyib və cinayəti törədən şəxsin ətrafı bu cür informasiyanı ortaya atmaqla cəzasını yüngülləşdirmək üçün cəmiyyəti və istintaq orqanlarını çaşdırmaq niyyəti güdüblər.

Ötən gün mərhumun ailəsindən təkrar Moderator.az-la əlaqə saxlayaraq qatilin iddialarının istintaq tərəfindən ifşa edildiyini bildiriblər və Bakı Ağır Cinayətləır Məhkəməsinə göndərilən cinayət işində qətlin guya namus üstündə törədildiyi iddialarının həqiqəti əks etddirmədiyini sübut edən sənədləri saytımıza təqdim ediblər.

Mənbə: moderator.az