Meksikada narkotik kartelləri bələdiyyə binasına hücum etdi - 21 ölü- FOTO

Meksika ilə ABŞ sərhədində yerləşən Koauila əyalətində narkotik kartelləri ilə polis arasında atışma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atışma zamanı 4-ü polis olmaqla 21 nəfər dünyasını dəyişib. İnsident silahlı şəxslərin yük maşınlarıyla Villa Union qəsəbəsində bələdiyyə binasına hücumundan sonra baş verib. Bəzi bələdiyyə işçilərinin itkin düşdüyü bildirilir. Polis hazırda qəsəbənin təhlükəsizliyini gücləndirmək üçün işlər gorur

Qeyd edək ki, Meksikada 2006-cı ildən narkotik kartelləriylə mübarizədə 300 mindən çox insan dünyasını dəyişib.

Cebhe.info


 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Təmkin Xəlilzadə: "Həqiqətən də penalti var idisə, haqqımızı yedilər"

SONRAKI XƏBƏR

Məktəbliyə çılpaq foto göndərən gözəllik kraliçası həbs edildi