Xırdalanda ödəmə terminalı qarət olunub

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində yerləşən "Gənclər şəhərciyi"ndə baş verib.

Ötən gün gecə saatlarında ərazidə yerləşən supermarketin qarşısında olan ödəmə terminalı sındırılaraq içərisində olan pul əskinasları aparılıb. Əraziyə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.

Fakt üzrə əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"Beşiktaş" darmadağınla qalib gəlib

SONRAKI XƏBƏR

Rusiyalı ulduz Bakı konsertində tamaşaçılara səsləndi: Evlənin, öpüşün və uşaqlarınız olsun - FOTO