Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddəti beşinci dəfə uzadılıb.

Xəbəri Gülnarə Kərimovanın qızı “Instagram”da paylaşıb.

Londonda yaşayan İman Kərimova söz verib ki, bundan sonra Özbəkistan hakimiyyətinin qanunsuz əməlləri və anasının siyasi motivlərlə həbs edilməsi ətrafında baş verən hadisələr barədə geniş məlumatlar verəcək. Bununla əlaqədar olaraq, ona məxsus “Instagram” hesabını kiçik qardaşı İslam Kərimov və vəkillər heyəti işlədəcək.

İman Kərimova bildirir ki, hazırkı hökumət üzvlərinin əksəriyyəti həqiqətin onlara sərf etməməsi səbəbindən onun anasını tam təcrid olunmuş vəziyyətdə saxlayırlar.

İman Kərimovanın sözlərinə görə, istintaqın məqsədi Gülnarə Kərimovanı ölkədəki bütün mümkün iqtisadi və sosial bəlalarda ittiham etməkdir.

Xatırladaq ki, G.Kərimova 2017-ci ildə Özbəkistan məhkəməsi tərəfindən rüşvət, dələduzluq, ticarət və gömrük qaydalarını pozmaqda ittiham olunub. Ona beş il ev dustaqlığı cəzası verilib.

Mənbə: www.oxu.az