Bakıda evdən 11 400 manat oğurlandı

Bakıda evdən 11 400 manat oğurlandı

Bakı. Samir Əli - Trend:

Bakıda evdən 11 400 manat oğurlanıb.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Vunq-Ta küçəsi, ev 11, mənzil 73-də baş verib.

Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Ağasıyev Ağası Məhəmməd oğlunun evindən dekabrın 4-dü saat 10:30-dan 13:30-dək olan müddət ərzində mənzilin taxta qapısını sıxıb açmaqla 11 400 manat pul naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az