Biləsuvar rayon sakini Xudaverdi Allahverdi oğlu Bədirov kommunal xidmət sektorundan narazıdır.

Biləsuvar rayon sakini Xudaverdi Allahverdi oğlu Bədirov kommunal xidmət sektorundan narazıdır.

Biləsuvar rayon sakini Xudaverdi Allahverdi oğlu Bədirov kommunal xidmət sektorundan narazıdır.

“Cümhuriyət” qəzetinə müraciət edən X.Bədirov kommunal xidmət orqanlarının xüsusi göstərişlə ona səbəbsiz olaraq borc yazmasından şikayətlənib. Şikayətçi problemlə bağlı dövlət orqanlarına müraciət edib. Müraciətdə deyilir:

“Mən 2005-ci ildə adıma həyətyanı torpaq sahəsi götürmək üçün Bəydilli kənd bələdiyyəsində qeydiyyata alınmışam. Mənə qeydiyyata alınmağım haqqında şənəd verilib. Bu məqsədlə dəfələrlə Biləsuvar rayon İcra Hakimiyyətində oldum. O vaxtdan bu günə qədər bir neçə İcra Hakimiyyəti başçısı dəyişib. O zamandan bu günə qədər mənim torpağımı verməyiblər. Oğlanlarım hərbi xidməti başa vurub qayıtdıqdan sonra 4 uşağı yerbəyer etmək çətinləşdi. Mən torpağımı almaq üçün rəsmi dövlət qurumlarına şikayət etdim. Mənə kömək etmələrini istədim. Buna görə də Biləsuvar rayon İcra Hakimiyyətindən məni müxtəlif formalarda sıxışdırmağa başladılar. Rayonda su sayğacları qoyulan zaman mənim sayğacıma 80 manatdan çox borc yazdılar. Guya mən sayğac quraşdırılmamışdan əvvəl səyyar şəkildə yığılan su haqqını ödəməmişəm. Mən də əlimdəki ödəniş qəbzləri ilə vaxtilə “su pulu” yığan Yavər adlı əməkdaşı çağırtdırıb ödəniş etdiyimi söylədim. Yavər dedi ki, guya mən yarısını ödəmişəm. Lakin mən ödəniş qəbzləri ilə su pulunu tam ödədiyimi sübut etdim. Su sayğacı quraşdırılandan sonra həmin borc mənim ödəniş kartıma vuruldu. Mən yenidən su idarəsinə müraciət edib səbəbsiz borc vurulduğunu bildirəndə, müdir dedi ki, hamı necə sən də elə. Dedim ki, necə yəni hamı necə mən də elə? Müdir dedi ki, bu borc hamının “ayağına vurulub”. Bundan sonra su idarəsindən gəlib mənim su sayğacımı qurdalayır, aparatla mənə məlum olmayan işlər görürdülər. Bir gün mən balans kartına 3 manat pul yüklədim. Lakin su gəlmədi. Su idarəsinə müraciət edəndə Fürsənd adlı əməkdaş dedi ki, get, 3 manat da yüklə, su gələcək. Mən yenə 3 manat yüklədim, lakin 6 manat deyil, 3 manatlıq su verdilər. Növbəti dəfə 5 manat yüklədim. Lakin bu dəfə 5 manat tamamən silindi. Mən yenə su idarəsinə müraciət edəndə orada işçi olan bir xanım mənə acıqla dedi ki, sənin pulunu hardan tapım, peykə çıxım?”

X.Bədirov deyir ki, bir müddət balans kartına ödəniş etməyib və suyu pul verərək maşınlarla gətizdirib:

“Mən su idarəsinin müdirindən məhkəməyə şikayət etdikdən sonra məhkəmədə dəftərxananın müdiri mənə dedi ki, Xudaverdi, get su idarəsinə, mən tapşıraram sənin problemini həll edərlər. Bundan sonra su idarəsinə qayıtdım. İdarənin müdiri Sərxoş müəllim mənə dedi ki, ora niyə getmişdin? Dedim ki, mən haqqımı tələb edirəm. Sonra Sərxoş müəllim mənə dedi ki, su kartını ver, balans yükləyək. Mənsə buna etiraz edərək öz köçürdüyüm pulları tələb etdim. Bundan sonra su idarəsinin işçisi və mənim qonşum Şayəddin Qafarov qapıma gəlib xahiş etdi ki, kartı ver, su yükləyək. Mən kartı verdim. Onlar gəlib aparatda hansısa işləri apardıqdan sonra su bir müddət gəldi. Amma tezliklə yenə su kəsildi. Mən “Azərsu” ASC-nin çağrı mərkəzinə zəng edib şikayətimi bildirdim. Yenə də Şayətdin Qafarov gəlib məndən xahiş etdi ki, heç yerə zəng etmə, problemini həll edəcəyik. Mən işə getdikdən sonra Şayətdin Qafarov gəlib mənim iştirakım olmadan sayğacın su filtrini təmizləyib və gedib. Sayğacı su filtrini çıxarmaq üçün möhür açılmalıdır. Şayətdin Qafarov işini görüb, sayğacın üstünü bağlayıb gedəndən sonra su gəldi. Daha mən sayğaca da baxmamışdım. Bir aydan sonra mən yenə torpağa görə İcra Hakimiyyətinə getdikdən sonra su idarəsindən 3 nəfər gəlib dedi ki, sənin su sayğacına möhür vurmalıyıq (Çünki sayğac təmizləndikdən sonra möhür vurulmamışdı-X.. Mən onlara sual etdim ki, bu, neçənci möhürdür? Onlar cavab vermədilər. Məndən ağ kağıza qol çəkməyimi istədilər. Buna etiraz etdim. Onlar israr edəndə böyük oğlum onlardan tələb etdi ki, həyətdən çıxsınlar. Onlarsa gedib oğlumu polisə veriblər ki, guya mənim oğlum onlara balta ilə hücum edib. Qeyd edim ki, bu dəfə də mənim sayğacıma 120 manatdan çox borc vurdular. Mən İcra hakimiyyətinə gedib dərdimi dedim. Kömək vəd etdilər. Nəhayət, su idarəsinə təzə müdir gəldi. Mən onun da qəbulunda olub problemimi danışdım. O da dedi ki, mən 3 il əvvəl vurulan borca görə heç nə edə bilmərəm, əvvəlki müdirlə həll edərdiniz. Mən müdirə dedim ki, hər möhür vurulanda bu kitaba tikilirsə, gətirin göstərim ki, bu 3-cü deyil, ikinci möhürdür. Çünki sayğacın filtiri açılıb təmizləndikdən sonra möhür vurulmayıb. Bundan sonra su idarəsindən bir əməkdaş gəlib gizlin yeni möhür vurmaq istəyəndə mən təsadüfən gördüm və icazə vermədim. Dedim əgər möhür vurulubsa, sən niyə məni çağırmamısan? Gizli şəkildə təzədən vurursan? Bu zaman onun səsini də yazdım. O da and içdi ki bu işdə əli yoxdur, onu göndəriblər”.

X.Bədirov deyir ki, bu təzyiqləri ona bilərəkdən edirlər:

“Bütün bu oyunlar mənim başıma ona görə gətirilir ki, mən dövlətin vətəndaşlara verdiyi pay torpağımı tələb edirəm. Məqsəd mənim başımı qatmaqdır. Bu yolla sıxışdırırlar ki, öz haqqımdan vaz keçim. Dövlət heyvandarlığın inkişafı üçün subsidiyalar ayırır, sakinlərə saxlamaq üçün heyvan paylayır. Mən 4 övladım üçün 200 baş qoyun saxlayıram, amma Biləsuvar rayon İcra Hakimiyyəti heç olmasa pay torpağımı vermir ki, birləşdirib təsərrüfatımı inkişaf etdirəm. Əlaqədar qurumlardan xahiş edirəm ki, şikayətimin dəqiqliyini yoxlasınlar. Əgər mən nəsə əsası olmayan şikayət edirəmsə, dövlət qanunu ilə cəzalandırsınlar”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Biləsuvar rayonunun su idarəsinin keçmiş müdiri Sərxoş Səidovla əlaqə saxladıq. Sərxoş Səidov bildirdi ki, hadisələri dəqiq xatırlamır:

“O məsələdən müəyyən vaxt keçib. Mən vurulan borcun səbəbini dəqiq xatırlamasam da, Xudaverdini tanıyıram. Dəfələrlə mənim yanıma gələrək şikayətini bildirib. Mənim dəqiq yadımdadır ki, hətta vətəndaş o borcun bir hissəsini ödəmişdi. Əgər vətəndaş qanunsuz borc vurulduğunu deyirsə, versin məhkəməyə və məhkəmə qərarı ilə qararı ilə qarşı tərəfin hüquqları bərpa olunsun”.

Əli Bədir
Cebhe.info

 

 

Mənbə: cebhe.info