Qarabağda ölən və yaralanan erməni əsgərlərlə bağlı istintaq tədbirləri həyata keçirilir

Qarabağda ölən və yaralanan erməni əsgərlərlə bağlı istintaq tədbirləri həyata keçirilir

“Əldə edilən məlumata əsasən əsgərlər, Acamyan və Melikbekyan arasında mübahisə baş verib. Artur Davitə atəş açıb, onun öldüyünü zənn edərək, qorxudan özünə də atəş edərək intihar edib. Buna baxmayaraq, Melikbekyan ölməyib, lakin ağır şəkildə yaralanıb. Baş vermiş fakt üzrə 3-cu qarnizonun istintaq şöbəsində iki və daha artıq şəxsi öldürməyə cəhdetmə üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanılıb”, - deyə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, bir sıra təxirəsalınmaz istintaq tədbirləri, o cümlədən meyitin xarici görünüşünün müayinəsi, hadisə yerinəə baxış, meyit və yaralı Melikbekyanla bağlı ekspertiza təyin edilib. Bir qrup hərbi qulluqçu şahid qismində dindirilib. Zərərçəkən Acamyanın babası Xatif Acamyan zərərçəkənin varisi kimi tanınıb və dindirilib. Vəkil Hayarpi Sarkisyan və Xaçatur Stepanyanın zərərçəkənin varisinin nümayəndələri olaraq tanınıb və meyitin məhkəmə tibbi ekspertiza müayinəsində iştirak ediblər.

Döyüş mövqeyinin kameralarının görüntüləri götürülüb. Acamyanın telefon əlaqələrinin nüsxələrinin əldə edilməsi və mobil telefonuna baxış keçirilməsi üçün müvafiq orqana vəsatət verilib. Məhkəmə ballistik ekspertizası təyin edilib. Cinayət əməli üzrə araşdırma davam edir.

Alpər Mövludoğlu

Mənbə: ordu.az