Ukrayna polisi “TIR” sürücüsünə silah çəkdi - Korrupsiyanın tüğyan etdiyi ölkə...

Ukrayna polisi “TIR” sürücüsünə silah çəkdi  - Korrupsiyanın tüğyan etdiyi ölkə...

Ukrayna polisi bir türk “TIR” sürücüsünü saxladaraq silah çıxarıb. Polislərlə mübahisə edən sürücü onları kameraya çəkib.

Moderator.az xəbər verir ki, görüntülərdə iki polis sürücüyə xəbərdarlıq edir, o, isə özünü müdafiə etməyə çalışır. Sürücü isə hadisəylə bağlı bunları deyib:

“Buyurun, özünüzü göstərin. Silahlarınıza sarılın. Bu da Ukraynanın əli silahlı polisləri. Normal şəkildə öz yolumla gedərkən onlar məni saxlatdırıb. Sonra da silah çəkdilər. Onlar türk “TIR” sürücüləri görən kimi saxlayırlar və pul tələb edirlər”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az