Ermənistanda hərbi komissarlıq əməkdaşına xəsarət yetirən şəxs tapılıb

Ermənistanda hərbi komissarlıq əməkdaşına xəsarət yetirən şəxs tapılıb

Ermənistan Müdafiə Nazirliyinin hərbi polis və Maştots polis bölməsinin cinayət axtarış şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində hərbi komissarlıq işçisinə zərbə vurmuş hərbi çağırışçının kimliyi müəyyən olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, könüllü şəkildə Maştots polis bölməsinə təslim olub və baş verənləri etiraf edib.

Xatırladaq ki, ötən ay axşam saat 14:10 radələrində Ermənistanın Kotayk vilayət hərbi komissarlığında 26 yaşlı çağırışçı mülki əməkdaşla mübahisə etdikdən sonra bıçaqla onun sifətinə zərbə endirib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az