Qırğızıstanın sabiq Baş nazirlərinə 22 il həbs verildi

Qırğızıstanın sabiq Baş nazirlərinə 22 il həbs verildi

Bişkekin Sverdlovsk rayon məhkəməsi keçmiş Baş Nazir Jantoro Satıbaldiyevi 7,5 ilədək azadlıqdan məhrum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq Baş Nazir paytaxtdakı İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada ittiham olunur.

Digər keçmiş Baş Nazir Sapar İsakov isə adıçəkilən işlə bağlı əmlakın müsadirə olunması maddəsi üzrə 15 il azadlıqdam məhrum edilib.

 

 

Mənbə: www.nuh.az