Mikrodalğalı sobanı işə salan it evdə yanğın çıxardı - MARAQLI

Mikrodalğalı sobanı işə salan it evdə yanğın çıxardı - MARAQLI

Birləşmiş Krallıqda yanğınsöndürmə əməkdaşları içində bir paket çörək olan mikrodalğalı sobanı çalışdıran itin istəmədən evdə yanğın çıxardığını bildirib.

Moderator.az xəbər verir ki, evdə tək olan Sibir qurdu cinsi it mətbəxdəki sobanı işə salıb və sobanın içindəki çörək paketi yanmağa başlayıb.

Ev sahibi hadisə baş verən zaman işdə olsa da, telefonundakı kamera görüntülərinə baxan zaman mətbəxdəki dumanı görüb. Dərhal yanğınsöndürmə əməkdaşlarına xəbər verən ev sahibi bu sayədə evini yanmaqdan xilas edib.

Yanğınsöndürmə əməkdaşları yanğının mikrodalğalı sobanı sıradan çıxardığını və mətbəxtin yararsız hala gəldiyini açıqlayıb.

Kamran

Mənbə: moderator.az