Qaradağda avtomobil “Şaqman”la toqquşub, xəsarət alan var

Qaradağda avtomobil “Şaqman”la toqquşub, xəsarət alan var

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib.

Belə ki, “Şaqman” markalıə yük avtomobilini digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində Şirvan şəhər sakini Bünyadov Xəyal Nizami oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona, döş qəfəsinin küt travması və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub. Qəzanın təfərrüatı DYP əməkdaşları tərəfindən araşdırılır.

Mənbə: report.az