Qazaxda mikroavtobus minik avtomobili ilə toqquşub

Qazaxda mikroavtobus minik avtomobili ilə toqquşub

Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daş Salahlı kənd marşrut xətti üzrə işləyən mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ"-ın sürücü, 1967-ci il təvəllüdlü Lətif Dünyamalıyev xəsarət alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az