"Milyonçu"nun aparıcısının həyətində MEYİT TAPILDI — FOTOLAR

"Milyonçu"nun aparıcısının həyətində MEYİT TAPILDI — FOTOLAR

Dünyaca məşhur layihə sayılan "Milyonçu"nun alman aparıcısı Gunter Jauchın villasının bağçasında meyit tapılıb.
"Ölkə.Az" xəbər verir ki, təmir zamanı bağçada qazıntı işləri aparan ustalar insan qalıqlarına rast gəliblər. Tez bir zamanda polis orqanları hadisə yerinə gəlib. Ölənin şəxsiyyətini müəyyənləşdirmək üçün meyit ekspertizaya göndərilib.

Güman edilir ki, insan qalıqlar 2-ci dünya müharibəsindən qalmış sovet əsgərinə məxsusdur.

Hüquq mühafizə orqanları araşdırmaya başlayıb.

 

 

Mənbə: sonxeber.az