Ağstafada 51 yaşlı kişi həmkəndliləri tərəfindən döyülüb

Ağstafada 51 yaşlı kişi həmkəndliləri tərəfindən döyülüb

Ağstafada döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Eynalı kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Elxan Səlim oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Zərərçəkmişin sözlərinə görə, yaşadığı kənddə 2 nəfər həmkəndlisi tərəfindən döyülüb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: apa.az