Ölkə şokda-Fabrik yanğınında ölənlərin sayı artır

Ölkə şokda-Fabrik yanğınında ölənlərin sayı artır

Hindistanın paytaxtı Yeni Dehlidə altı mərtəbəli bir fabrikdə başlayan yanğın nəticəsində ən azı 40 nəfər həlak olub. Sonxeber.az-ın məlumatına görə, yanğın zamanı çanta istehsal edən fabrikin onlarla işçisi binada yatıbmış. Ölü sayının artacağı deyilir.

Hökumət rəsmiləri "Reuters"ə ölü sayının 43 olduğu barədə məlumat verib. Fabrikin əhalinin sıx yaşadığı və dar küçəli bir bölgəsində olması isə yanğından mühafizə briqadalarının da işini çətinləşdirib. Yanğının səbəbi bilinmir. Qeyd edilir ki, 50-dən çox insan xilas edilib.

Hindistanın baş naziri Narendra Modi faciəni "son dərəcə qorxunc" adlandırıb.

 

 

Mənbə: sonxeber.az