Litvada idman təyyarəsi qəzaya uğrayıb

Litvada idman təyyarəsi qəzaya uğrayıb

Vilnüs, 8 dekabr, AZƏRTAC

Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, ölkə mətbuatına istinadla xəbər verir ki, hadisə Kaunas rayonunda baş verib. Qəza zamanı 30 və 65 yaşlarında 2 nəfər həlak olub. İlkin informasiyaya əsasən, həlak olanlardan biri - təcrübəli pilot Viktoras Ramonasdır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Mənbə: azertag.az