Çexiyada baş verən atışmada 4 nəfər ölüb

Çexiyada baş verən atışmada 4 nəfər ölüb

Çexiyanın Ostrava şəhərində yerləşən xəstəxanada atışma olub.

APA-nın "Deutsche Welle"yə isinadən verdiyi xəbərə görə, faktı Çexiyanın Daxili İşlər naziri Jan Hamacek təsdiqləyib.

Məlumata görə, Ostrava şəhər xəstəxanasında silahlı şəxs insanlara atəş açıb, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İnsident bu gün yerli vaxtla səhər saat 07:00-da baş verib.

Şübhəlinin axtarışı üzrə əməliyyat davam edir.

Mənbə: apa.az