Məktəbin qarşısında qadını maşın vurub öldürdü

Məktəbin qarşısında qadını maşın vurub öldürdü

Gəncədə yolu keçmək istəyən qadını avtomobil vurub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Orta yaşlı qadın 20 saylı məktəbin qarşısından yolu keçərkən “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub.

Şəbnəm Əli qızı adlı qadın aldığı xəsarətlərdən yolda keçinib.

İlkin məlumata görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws