NİYƏ ÇEÇEN BANDALARI ƏRƏB KLANLARINDAN DAHA TƏHLÜKƏLİDİR?

NİYƏ ÇEÇEN BANDALARI ƏRƏB KLANLARINDAN DAHA TƏHLÜKƏLİDİR?

Berlinin Daxili İşlər üzrə senatoru Andreas Gayzel (Andreas Geisel) paytaxtda mütəşəkkil cinayətkarlıqla bağlı vəziyyət haqqında hesabat təqdim edib. Bu barədə Almaniyanın “Der Tagesspiegel” nəşri məlumat very.

Ümumilikdə keçən il mütəşəkkil cinayətkarlıqla əlaqədar 462 nəfər Berlin Polis İdarəsinin diqqət mərkəzinə düşüb. 2018-ci ildə şübhəlilərin təxminən üçdə ikisi (63%) xarici vətəndaşlar olub. Cinayət törətməkdə şübhəli bilinən Almaniya vətəndaşlarının 9,7% -nin doğulduğu yer başqa ölkə göstərilib. Bir çoxlarının miqrasiya kökləri olub. Berlində mütəşəkkil cinayətkarlığın əsasını təşkil edən üç qrup var: baykerlər, ərəb klanları və əsasən çeçen mənşəli cinayətkarlardan ibarət rusiya-avrasiya kriminal birlikləri. Bolqarıstan, Türkiyə, Polşa, Rusiya, Ukrayna, Litva və Serbiyadan da şübhəlilərə rast gəlmək mümkündür.

Silah alveri, narkotik, zorakılıq, çirkli pulların yuyulması və qəsb hallarında ən çox çeçen dəstələrinin adı hallanır. Onlar təcrid olunmuş şəkildə fəaliyyət göstərirlər. Berlində fəaliyyət göstərən çeçenlərin çoxunun islamçılarla əlaqəsi var. Müstəntiqlər onların “müstəsna birliyini” və “aşkar rəsmi və qeyri-rəsmi bölgələrarası əlaqələrini” qeyd edirlər. (...) Nəhayət onlar arasında şərəf anlayışı prioritet məsələ hesab edilir. Bu dəstələr dövlətin nüfuzunu tanımaq istəmirlər.

Hesabatda deyilir ki, çeçen bandaları çox vaxt başqaları tərəfindən “cinayətkar icraçı” kimi işə cəlb edilir. Başqa cinayətkar dəstələrin sifarişi ilə onlar ən çirkli tapşırıqlara boyun olurlar. Məsələn, əsasən cinayətkar mühitdə pul tələb edirlər, ya da qurbanları şantaj edirlər. 2016-cı ildə 30 nəfərdən ibarət “Guerilla Nation” adlı baykerlər qrupu fəaliyyət göstərib. Qruplaşmada “zorakılığa hazır icraçı” kimi əsas rolu çeçenlər oynayıb.

Bu yaxınlarda Al-Zeyn klanı son vaxtlar Almaniyanın ən məşhur reperlərindən biri Capital Bra-dan yarım milyon dollar və gəlirdən pay tələb ediblər. Klan üzvləri reperi izləmək üçün çeçenlərə müraciət ediblər.

Müstəntiqlərin fikrincə, çeçenlərlə əlaqəli əsas problem ondan ibarətdir ki, əsasən keçmiş SSRİ-dən, Şimali Qafqaz və Mərkəzi Asiyadan çıxan şübhəlilərin bir hissəsi “silahlı münaqişələrdə iştirak etdiyi üçün müvafiq təcrübəyə malikdir”, onlar güc tətbiq etməyə və silahdan istifadəyə meylli olurlar.

Ərəb klanlarına gəldikdə, Almaniyada Livanın məlum 12 klanının hər bir üzvü “mafiozi” deyil. Gayzel qeyd edib ki, ailə klanlarının bəzi nümayəndələri, məsələn, parkinq qaydalarını pozmaqla diqqət çəkir. Əslində bu da Almaniyanın hüquqi dövlətinə ziyan vurur.

Əldə olunan yeni məlumatlara görə, Berlində avtomobil oğurluğu və oğurlanmış əmlakın satışı, narkotiklə əlaqəli cinayətlər (əsasən kokain ticarəti) və gömrükdə pozuntular, sənədlərin saxtalaşdırılması və fahişəliyə məcbur etmə halları üstünlük təşkil edir. Senatorun sözlərinə görə, qeydə alınan ziyanın miqdarı təxminən 100 milyon avro təşkil edir, ancaq real göstərici qat-qat çox ola bilər.

Mənbə: www.xpressa.net