Nigeriyada terakt: 19 nəfər öldü

Nigeriyada terakt: 19 nəfər öldü

Boko Haram terrorçuları Nigeriyanın şimal-şərqindəki Mamuri kəndinə hücum edib.

Axar.az xəbər verir ki, hücum nəticəsində biri polis olmaqla, 15 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

Nigeriya Prezidenti Məhəmməd Buxari həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 2009-cu ildən bu vaxta qədər Boko Haram terror təşkilatının törətdiyi teraktlar nəticəsində Nigeriyada 20 mindən çox insan həlak olub.

Mənbə: axar.az