Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum avtomobil tərəfindən vurulan 1964-cü il təvəllüdlü Şıxməmdov Telman hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: www.oxu.az