Fransanın cənubunda həyat iflic oldu - VİDEO

Fransanın cənubunda həyat iflic oldu - VİDEO

Külək və daşqınlar Fransanın cənubunda həyatı iflic edib.

“Qafqazinfo”nun “MİR 24”ə istinadən məlumatına görə, ölkənin 11 departamenti güclü siklon zonasına düşüb.

İki nəfərin öldüyü bildirilir. Landa departamentində 600-ə yaxın insan təxliyyə edilib. Yerli çayda suyun səviyyəsi 5,5 metr qalxıb.

Perrorad şəhərində onlarla ev su altında qalıb.

Mənbə: moderator.az