Bakıda avtoxuliqanlıq edən sürücülər qəza etdi - polis işə qarışdı - FOTO + VİDEO

 Bakıda avtoxuliqanlıq edən sürücülər qəza etdi - polis işə qarışdı - FOTO + VİDEO

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib

APA xəbər verir ki, “Azneft” dairəsində yol-hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil “Opelə” markalı avtomobilə çırpılıb.

“Opelin” sürücüsü Vahid Ələkbərovun APA-ya verdiyi məlumata görə, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyini deyib.

Səbail Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi tədbir zamanı “VAZ 2107” markalı avtomobili idarə edən Nuru adlı şəxs saxlanılıb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Hər iki sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az