Bakıda daha bir süpürgəçi qəzası: Vurulub yolun kənarına qoyuldu

Bakıda daha bir süpürgəçi qəzası: Vurulub yolun kənarına qoyuldu

Bakıda daha bir süpürgəçini maşın vurub. Cebhe.info-nun əməkdaşının verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyası ətrafında baş verib.

Şəhər istiqamətinə hərəkət edən avtomobil yolu təmizləyən qadını vurub. Qadını yaralı halda yolun kənarına qoyulub. Hadisə yerində təcili tibbi yardım olmasa da, polis əməkdaşları cəlb olunub. Zərbənin gücündən ərazidəki elektrik dirəyi kökündən qırılıb.

Yeganə Oqtayqızı

Cebhe.info

 

 

Mənbə: cebhe.info