Nyu-Dehlidə qarışıqlıqlar zamanı 50-dən çox insan xəsarət alıb

Nyu-Dehlidə qarışıqlıqlar zamanı 50-dən çox insan xəsarət alıb

Hindistanın Nyu Dehli şəhərində baş verən kütləvi qarışıqlıqlar, o cümlədən tələbələrlə polis əməkdaşlarının toqquşmalarının gedişatında aralarında asayiş keşikçiləri də olmaqla, 50-dən çox insan xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə polisdəki mənbələrinə istinadən "The Times of India" qəzetinin saytı bildirib.

Qeyd edilir ki, qarışıqlıqlar əsasən "Vətəndaşlıq haqqında" Qanunun yeni versiyasının qəbuluna qarşı etiraza başlamış müsəlman tələbələrin oxuduğu "Camiya Milliya İslamiya" universitetinin ərazisində baş verib.

Polislərin sözlərinə görə, etirazçılar yaşayış evlərinə daş atıblar, yerli xəstəxananın pəncərələrinin şüşələrini sındırıblar. Azı 10 avtomobilə və küçədə dayanmış bir çox motosikllərə, mopedlərə zərər vurulub. Bununla yanaşı, bir neçə avtobus da yandırılıb.

Öz növbəsində NDTV telekanalı bildirib ki, polis tələbələrə qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq edib. Asayiş keşikçiləri tərəfindən universitetin tələbə şəhərciyində təxminən 100 tələbə saxlanılıb. Saxlanılanların əksəriyyəti səhər sərbəst buraxılıb.

REAL

Mənbə: www.realtv.az