Fransa İrandan səsləndirilən sözləri inkar etdi

Fransa İrandan səsləndirilən sözləri inkar etdi

Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”su Fransaya göndərilməyib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Fransada Aviaqəzaların Araşdırılması üzrə Bürodan məlumat verilib.

Bundan əvvəl İran məhkəmə hökumətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili bəyan etmişdi ki, “qara qutular” Fransaya göndərilib.

Bürodan bildirilib ki, qutular Ukraynada araşdırılacaq.

“Ola bilsin o (plan) dəyişib, ancaq istənilən halda qutular Fransaya göndərilmir, bu doğru deyil”, - deyə agentliyin nümayəndəsi bildirib.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Göyərtədə olan 176 nəfərin hamısı həlak olub. Sonradan məlum oldu ki, təyyarə səhvən İranın RƏM sistemi tərəfindən vurulub.

Mənbə: seherxeber.org