Ər keçmiş arvadını duelə çağırmaq üçün məhkəməyə müraciət edib

Ər keçmiş arvadını duelə çağırmaq üçün məhkəməyə müraciət edib

Moderator.az Fox News- a istinadən xəbər verir ki, ABŞ-da Kanzas sakini keçmiş arvadını və vəkilini duelə çağırmaq üçün məhkəməyə müraciət edib.

Məlumata görə, 40 yaşlı David Ostrom onlarla qılıncla döyüşmək istəyir.

O, Ayova Dairə məhkəməsindən xahiş edib ki, katan və vakizasi qılınclarını tapması üçün ona 12 həftə vaxt verilsin. Ostrom xahişini onunla əsaslandırıb ki, ABŞ qanunları döyüş yolu ilə ədalətin zəfər çalmasını açıq şəkildə qadağan etmir.

Keçmiş həyat yoldaşının vəkilinin sözlərinə görə, ABŞ və Ayova ştatlarında qanunlar katan qılıncla döyüşməyi qadağan etməsə də, məhkəmə müsbət qərar verə bilməz. Vəkil məhkəmədən xahiş edib ki, David Ostromu psixoloji müayinədən keçməyə məcbur etsin.

Hakim hər iki tərəfin vəsatətləri ilə əlaqədar yaxın vaxtlara qərar qəbul edə bilməyəcəyini bildirib və fikrini onunla əsaslandırıb ki, hər iki tərəfin müraciətində pozuntulara yol verilib.

Mənbə: moderator.az