Salyanda əli dəzgahda qalan fəhlə üç barmağını itirdi

Salyanda əli dəzgahda qalan fəhlə üç barmağını itirdi

Dünən axşam “Salyan Pambıq” Açıq Səhmdar Cəmiyyətində istehsalat qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, zavodun 47 yaşlı fəhləsi, Neftçala rayonunun Qaraqaşlı kənd sakini İlkin Fərzalı oğlu Bayramov dəzgahda işləyərəkən ehtiyatsızlıq etdiyindən sol əlindən ağır xəsarət alıb. Hadisə nəticəsində İ.Bayramov sol əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Mənbə: virtualaz.org