Güclü qar Tehranın Mehrabad hava limanının fəaliyyətini iflic edib

Güclü qar Tehranın Mehrabad hava limanının fəaliyyətini iflic edib

Aramsız qar yağması nəticəsində Tehranın Mehrabad hava limanında bütün reyslər təxirə salınıb. Hava limanı administrasiyasının məlumatına görə, uçuş zolaqlarının qardan təmizlənməsi işi davam etdirilir. Lakin qarın aramsız yağması təmizlik işlərinə mane olur.

Qeyd edək ki, Mehrabad Tehranın 2-ci böyük hava limanıdır. Bu aeroportdan daxili reyslər həyata keçirilir.

Tehranın İmam Xomeyni beynəlxalq hava limanı isə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, güclü qar Tehranda yolların bağlanmasına və məktəblərdə tədrisin 2 günlük dayandırılmasına səbəb olub.

Mənbə: sherg.az