Neftçalada avtomobil yol kənarındakı ağaca çırpılıb

Neftçalada avtomobil yol kənarındakı ağaca çırpılıb

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.

Rayonun Həsənabad qəsəbə sakini Əsgərov Eldar İlqar oğlu idarə etdiyi “07-BA-600” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az