İnanılmaz qaçış ssenarisi: Ayrı həbsxanadan qaçan eyni dəstə üzvləri...

İnanılmaz qaçış ssenarisi: Ayrı həbsxanadan qaçan eyni dəstə üzvləri...

Braziliyada yerləşən həbsxanalardan birindən 26 məhbus qaçıb.

“HaberGlobal”ın məlumatına görə, məhbuslar həbsxana divarında deşik açaraq qaçmağa müvəffəq olub.

Həbsxanadan qaçan məhbusların bazar günü Paraqvaydakı həbsxanadan qaçan bir çox məhbusla eyni dəstədən olduğu bildirilib.

Həbsdən qaçan 26 nəfər bir-birinə bağladıqları yataq örtükləri vasitəsilə hündür divarı aşmağı bacarıb.

Xatırladaq ki, Paraqvayın Braziliya ilə sərhəddə yerləşən Pedro-Xuan-Kabalyero şəhərində 75 məhbus həbsxanadan qaçıb.

Qaçan məhbuslar arasında Braziliyanın ən iri cinayətkar qruplaşması olan “Primeiro Comando da Capital”ın (PCC) üzvləri də var.

Mənbə: www.oxu.az