Çinin Arktika ilə bağlı ambisiyaları ABŞ-da narahatlıq yaradır

Çinin Arktika ilə bağlı ambisiyaları ABŞ-da narahatlıq yaradır

ABŞ-ın Sahil Mühafizə komandanı admiral Karl Şultz da öz “Twitter” səhifəsində qeyd edib ki, qütb əraziləri müasir milli təhlükəsizlik məsələlərini meydana gətirir.

ABŞ elmi tədqiqat institutlarının apardığı araşdırmalara görə, dünyanın aşkarlanmamış neft qaynaqlarının 13, qaz ehtiyatlarının isə 30 faizi Arktik bölgənin payına düşür.

Arktika regionunda siyasi dəyişikliklərə 8 ölkə - ABŞ, Rusiya, Kanada, Danimarka, Norveç, Finlandiya, İslandiya və İsveç cavabdehdirlər.

ABŞ Dövlət Katibi Mayk Pompeo Arktika ilə bağlı strategiyanı elan edərkən də qeyd edib ki, Arktika və qeyri-Arktika dövlətləri var, üçüncü bir kateqoriya mövcud deyil.

Ancaq Vaşinqtonun bu cür xəbərdarlıqları Pekinə az təsir edir. Çin yaxın zamanda Arktika sularını keçə bilən nüvə enerjisi ilə işləyən gəmilər inşa etməyi planlaşdırır. Bundan başqa həmin ərazilərdə geolji kəşfiyyat işləri də aparır.

ABŞ-da hazırda 2 buzqıran gəmi var, yaxın illərdə daha bir neçəsinin inşası planlaşdırılır.

Qeyd edək ki, Arktika ərazilərində narahatlıq Pekinin bütün dünyada gücünü və təsir dairəsini genişləndirməyə çalışdığı üçün bir vaxta ortaya çıxıb.

Eskpertlər bildirir ki, Çinin Arktika ərazisində böyüyən ambisiyaları ABŞ üçün ciddi milli təhlükəsizlik problemidir.

Bu kimi faktlar Arktika uğrunda mübarizəni qızışdığını göstərir. Bu isə gələcəkdə beynəlxalq aləmdə yeni münaqişə ocaqlarının yaranması, ən yaxşı halda “soyuq müharibə”ni yenidən təhlükəli həddə çatması ilə nəticələnə bilər.

 

Mənbə: ordu.az