Ermənistan ordusunun zabiti benzin oğurluğuna görə cinayət məsuliyyətinə cəlb edilib

Ermənistan ordusunun zabiti benzin oğurluğuna görə cinayət məsuliyyətinə cəlb edilib

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə işğalçı ordunun daha bir zabitinin cinayət hadisəsi ortaya çıxıb.

Məlumatda deyilir ki, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən zabit vəzifəsindən sui-istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Xəbərdə qeyd edilir ki, yuxarı komandanlığın tapşırığına əsasən Drmbon briqadasında həyata keçirilən qəfil yoxlama zaman yanacaq oğurluğu aşkar edilib. Briqadanın “zampoliti” Bareğam Ağaxanyanın verdiyi məlumata əsasən, təkcə bir bölmədə 110 litr benzin oğurluğu aşkar olunub. Oğurluq edən zabitin və digərlərinin adları və hadisənin özü ictimaiyyətdən gizlədilsə də, yoxlama davam edir.

Cinayət işi acılı, faktla bağlı araşdırma davam edir.

Alpər Mövludoğlu

Mənbə: ordu.az