Bu görüntülər dünyanı ayağa qaldıracaq - AĞLASIĞMAZ... + VİDEO

Bu görüntülər dünyanı ayağa qaldıracaq - AĞLASIĞMAZ... + VİDEO

Aylarla davam edən yanğından sonra sel və qum fırtınası ilə çətin günlər yaşayan Avstraliyada bu dəfə vicdanları sızıldadacaq bir hadisə yaşanıb.

Moderator.az xəbər verir ki, baş verən yanğınlar səbəbi ilə nəsli təhlükə altında olan bir kenquruya verilən şiddət ağıllara durğunluq gətirib.

Sözügedən hadisə zamanı bir adam beli qırıq olduğu üçün yerindən tərpənə bilməyən zavallı kenquruya dəfələrlə yumruq zərbəsi vurub. Görüntülərdə adama qarşılıq vermək üçün pəncəsini havaya qaldıran heyvanın çox gücsüz olduğu üçün geri yıxıldığı görünüb.

Baş verən dəhşətli anları isə başqa bir adam qəhqəhə içində qeydə alıb. Yayılan görüntülərdən sonra polis hər iki şəxsin axtarışına çıxıb.

Mənbə: moderator.az