Balıq ovuna çıxdı, həyatının şokunu yaşadı ...FOTOLAR

Balıq ovuna çıxdı, həyatının şokunu yaşadı ...FOTOLAR

İndoneziyalı gənc balıqçı başına gələcəklərdən xəbərsiz şəkildə balıq ovuna çıxıb və həyatının şokunu yaşayıb.

Moderator.az xəbər verir ki, 16 yaşlı Məhəmməd Idul adlı gənc Sulavesi adasının şərqində ailəsi ilə birlikdə balıq ovuna çıxıb. Əyləncəli bir gün keçirəcəyini düşünən gəncin boynuna dənizdən çıxan sarqan balıq saplanıb.

Dərhal xəstəxanaya aparılan gənc əməliyyatın riskli olduğu üçün iki gün gözləmək məcburiyyətində qalıb. Üç nəfər cərrah tərəfindən aparılan iki saatlıq əməliyyat nəticəsində balıq gəncin boynundan çıxarılıb.

 

Mənbə: moderator.az