İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...

İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...

1994-cü ildə ordudan qaçan şəxs yol polisinin sənədlərini yoxlaması zamanı üzə çıxıb.

Moderator.az xəbər verir ki, hadisə Diyarbəkirdə baş verib. H.S. adlı 58 yaşlı adam dərhal nəzarətə götürülüb və onun özünü ələ verməsi isə maraqlı olub.

Belə ki, şübhəli avtomobili saxlayan yol polisi sərnişindən şəxsiyyətini təsdiq edən sənədi istəsə də, sərnişin cavabında sənədinin üstündə olmadığını bildirib. Şəxsdən şübhələnən polis onu avtomobildən yerə düşürüb və daha sonra o, könüllü şəkildə sənədini cibindən çıxararaq polisə təqdim edib.

Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs 26 ildir fərarilik həyatı yaşayır və elə o, buna görə sənədini polisə təqdim etmək istəməyib.

Mənbə: moderator.az