1 ton 231 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb

1 ton 231 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb

Ötən il qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb.

Femida.az xəbər verir ki, bunu yanvarın 22-də Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bildirib ki, qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Mənbə: femida.az