Böyük Britaniyanın şimal-şərqində zəlzələ olub

Böyük Britaniyanın şimal-şərqində zəlzələ olub

Böyük Britaniyanın şimal-şərqində yerləşən Tessayd bölgəsində 3.0 bal gücündə zəlzələ qeydə alınıb. Baş verən yeraltı təkanlardan xəsarət alan olmayıb.

Britaniya Geoloji Tədqiqatlar İdarəsi hər il 20-30 zəlzələnin ölkədəki insanlar tərəfindən hiss olunduğunu və qeydə alındığını bildirib.

Qeyd edək ki, Britaniyada ən güclü zəlzələ 1931-ci ildə 6.1 bal gücündə olub.

Mənbə: azertag.az