İrəvanda biznes mərkəzində atışma olub

İrəvanda biznes mərkəzində atışma olub

Ermənistanın paytaxtı İrəvanda yerləşən “Erebuni Plaza” biznes mərkəzində naməlum silahlı şəxs atəş açıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Ölən və xəsarət alanların olmadığı bildirilir.

Naməlum silahlı şəxs Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisinin harada yerləşdiyini ona göstərməklə bağlı tələb irəli sürüb.

Xüsusi təyinatlı dəstələr və təcili tibbi yardım briqadaları hadisə yerindədir. Silahlı şəxs zərərsizləşdirilib.

Məlumata görə, R. Koçaryanın ofisi “Erebuni Plaza”da yerləşir.

 

Mənbə: apa.az