Çində yeni növ koronavirusa yoluxanların sayı 900 nəfərə çatıb

Çində yeni növ koronavirusa yoluxanların sayının 900 nəfərə çatdığı təsdiqlənib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Pekində 36 nəfərə bu virusa yoluxması diaqnozu qoyulub.

Virusun yayılmasını diqqətdə saxlayan “Wanyi” informasiya portalının xəbərinə görə, əvvəlcə 877 nəfərin virusa yoluxduğu deyilirdi. Bu günə qədər 26 nəfər koronavirusdan ölüb.

Hazırda Tibet Muxtar Vilayəti istisna olmaqla, ölkənin bütün bölgələrində insanlar müayinədən keçirilir. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə Çinin 13 şəhərində nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Pekin (əhalisi 22 milyon), Şanxay (əhalisi 24 milyondan artıq), eyni zamanda Hubey əyalətində (əhalisi 59.2 milyon) yeni “koronavirus 2019-nCoV”nin qarşısının alınması istiqamətində ən yüksək səviyyədə müvafiq tədbirlər görülməkdədir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Metropoliten əlamətdar günlər üçün 48,8 min manatlıq - GÜL ALIB

SONRAKI XƏBƏR

Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb