Üzü qoca qarıya bənzəyən qızı əməliyyat etdilər - Nadir genetik sindrom

"Eybəcər, qoca qarı" kimi təqdim edilən 15 yaşlı qız nadir genetik xəstəliklə doğulmuşdu. Onun üzü vaxtından əvvəl sürətlə qocalıb sallanırdı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Çinin Lyaonin əyalətindən olan qız qəribə xəstəliyi və görünüşü ilə mətbuat gündəmində idi.

Progeriya adlanan genetik mutasiya qızı həyatını cəhənnəmə çevirmişdi.

Həyatından bezən qız məşhur filantrop QO Minyinə kömək üçün məktub yazır.

Minyi əməliyyat üçün lazım olan yarım milyon dolları xeyriyyə aksiyaları ilə toplayır və qızın üzərində əməliyyat baş tutur.

Əməliyyatda 10 cərrah, 5 tibb bacısı, 3 anestezioloq iştirak edirdi və 8 saat çəkib.

Əməliyyat zamanı qızın üzündən 7 sm-lik dərinliyə kimi dəri götürülüb və estetik dəyişiklik olunub.

Bu ilin yanvar ayında qızın yeni üzü mətbuat konfransında təqdim olundu. Elə buradaca qız üzünü ilk dəfə güzgüdə gördü və səhnədəcə ağladı.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Gəncləbirliyi” penalti ilə 3 xal qazanıb

SONRAKI XƏBƏR

1987-ci ildə dərc olunan qəribə resept - Allergiyanı belə sağaldıblar