Səhv etdi, bağışlanmadı və həbs olundu

Səhv etdi, bağışlanmadı və həbs olundu

İran hərbi qüvvələri təyyarənin ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulduğunu bildirib.

BAKI, 25 yanvar — Sputnik. "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus təyyarənin yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğramasına səbəb olan şəxs həbs edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb.

O, qeyd edib ki, İranda Ukrayna təyyarəsini təsadüfən vuran şəxs həbsdədir.

Xatırladaq ki, yanvarın 8-də Kiyevə uçan Ukraynanın Boeing təyyarəsi Tehran hava limanından çıxandan az sonra qəzaya uğrayıb. Təyyarədəki 176 nəfərin hamısı ölüb. Daha sonra İran hərbi qüvvələri təyyarənin ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulduğunu bildirib.

Mənbə: sputnik.az