Harvard biznes məktəbinin professoru dünyasını dəyişib

Biznes-məsləhətçi və “dağıdıcı innovasiyalar” nəzəriyyəsinin müəllifi Clayton Christensen 67 yaşında vəfat edib. Bu barədə Desert News nəşriyyatı xəbər verib.

Professorun qardaşı, jurnalistlərə verdiyi açıqlamada onun leykemiyadan əziyyət çəkdiyini bildirb.

Qeyd edək ki, Christensen gənc şirkətlərin, bazarın tərk edilmiş və zəif ödəmə qabiliyyəti olan seqmentlərini hədəfləyəcəkləri, daha sonra digərlərinə keçəcəkləri halda nəhəglərlə uğurla rəqabət apara biləcəkləri barəsində “dağıdıcı innovasiyalar” nəzəriyyəsinin müəllifidir.

Intel, Apple, Netflix, Amazon kimi şirkətlərin qurucuları şirkətlərinin idarəçiliyndə onun prinsiplərindən yararlanıblar.

Xatırladaq ki, Christensen səhiyyə, təhsil, elmi araşdırmalar və digər sahələr üzrə “dağıdıcı innovasiyalar” ideyalarını təqdim və tətbiq edən edən “Clayton Christensen Institute” qeyri-kommersiya təşkilatının da qurucusu olub.

Bizplus.az

ƏVVƏLKİ XƏBƏR

Çingiz Hüseynzadə: Atletlərimizin lisenziya xarakterli yarışlarda “Tokio 2020”yə vəsiqə qazanacaqlarına inanıram

SONRAKI XƏBƏR

“Türkiyə xalqı həmişə bütün çətinliklərin öhtəsindən gəlib” - Ərdoğan