TƏBİB 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

TƏBİB 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) bu gün İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az birliyə istinadən xəbər verir ki, turist avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanaya aparılarkən öldüyünü bildirilib. Qeyd olunub ki, xəsarət alanlardan bəziləri ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, ölənlərin 3-2 də avtobusla toqquşan minik avtomobilində olan bir ailənin üzvləridir.

 

Mənbə: metbuat.az